“Taxıl böhranını həll etmək üçün Putin və Zelenski ilə görüşüm olacaq”
“Taxıl böhranını həll etmək üçün Putin və Zelenski ilə görüşüm olacaq”
09.12.2022 MEDİA Tərəfindən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World” Forumunda çıxış edib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, taxıl böhranı məsələsinə toxunan Ərdoğan, “Bu böhranı həll etmək üçün mənim bazar günü cənab Putinlə görüşüm olacaq. Eyni zamanda cənab Zelenski ilə də görüşəcəyəm. Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməklə yanaşı, Rusiyaya qarşı irrasional siyasətlə bölgədə yanğının alovlanmasına da qarşı çıxdıq” deyə bildirib.  

İlahə Əliyeva