Güney Azərbaycanın Xarvana bölgəsində, Araz çayının yaxınlığında yerləşən tarixi Abbas Mirzə qalası tamamilə dağıla bilər.
Bu babrədə mədəni fəallar paylaşım ediblər.
Onların sözlərinə görə, Mədəni İrs Təşkilatı tarixi qalanın qorunub saxlanılması üçün addım atmayıb.
"Müraciətlərdən sonra Mədəni İrs Təşkilatı bölgədə yerləşən 5 tarixi abidənin bərpasına vəsait ayırdığını desə də, əməldə heç bir əsaslı addım atılmayıb",- fəallar bildiriblər.
Qeyd edək ki, Abbas Mirza qalası qacarlar dövründə, vəliəhd Abbas Mirzanın təşəbbüsü və fransalı mühəndis Müsiyo Lami tərəfindən inşa edilib.
Həmin qaladan xüsusilə Rusiya-İran müharibələrində hərbi istehkam kimi istifadə olunub.
visiontv.az