Tarixdə ilk - Yəhudilər İsrailə gələ bilməyəcək
25.01.2021

Bütün dünyanı qabaqlayırıq. Heç bir ölkə edəcəyimizi hələ etməyib. Ölkəni hermetik şəkildə qapadırıq.

Visiontv.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“İsrail vətəndaşları yalnız xaricdə müalicə almaq, məhkəmədə, yasda iştirak etmək və ya emiqrasiya ilə bağlı ölkəni tərk edə biləcəklər. Tarixdə ilk dəfə olaraq, yəhudilər İsrailə gedə bilməyəcək, əlbəttə ki, əgər bu, ölüm-qalım məsələsi deyilsə”, - o deyib.

Netanyahu bildirib ki, İsrail pandemiya ilə mübarizə üçün “Ben Qurion” hava limanını bağlayır və yanvarın 31-dək xarici aviaşirkətlərin istər ölkəyə, istərsə də ölkədən xaricə bütün reyslərini qadağan edir.