Tanınmış baş həkimin qızı Türkiyədə vəfat etdi
28.02.2021

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevə ağır itki üz verib. Visiontv.az xəbər verir ki, onun Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva qəfildən vəfat edib. Mərkəzi Klinik Xəstəxanadan verilən məlumata görə, tanınmış həkimin qızı ürəktutmadan həyatını itirib. Allah rəhmət eləsin!