“Taksiyə 2 nəfərdən artıq sərnişin götürən sürücü cərimə ediləcək”.
Visiontv.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu DİN-in vəzifəli şəxsi Əziz Baqişev deyib.
O bildirib ki, taksiyə 4 nəfərin götürülməsi yolverilməzdir:
“İnsanlar ictimai nəqliyyatdan istifadə edərkən məsafə saxlamalıdırlar. Bu, taksilərə də aiddir”.