Şuşanı mühasirəyə salmaq cəhdi - Ərəstun Oruclu
Şuşanı mühasirəyə salmaq cəhdi - Ərəstun Oruclu
14.12.2020 Ərəstun Oruclu Tərəfindən

Hadrut ərazisində artan gərginliyin hansısa başıpozuq erməni dəstələrinin əməli olduğunu düşünmürəm. Məğlub ermənilərin bu cəsarəti yoxdur, ola da bilməz.

Zənnimcə məsələ başqa cürdür və baş verənlər 2 mühüm hədəfə yönəlib:

1. Hələ sovet dövründən Hadrut rayonu ərazisində mövcud olmuş radioelektron mübarizə stansiyasına nəzarəti qaytarmaq;

2. Şuşanı mühasirəyə salmaq.

Hər iki məntəqə hərbi-strateji baxımdan son dərəcə əhəmiyyətlidir. Belə ki, Hadrut ərazisində yerləşən stansiya (daha doğrusu, onun yerləşdiyi ərazinin relyefi) həm İranın, həm də Azərbaycanın hava məkanına nəzarət etməyə imkan verir.

Şuşanın strateji əhəmiyyəti də bəllidir: Şuşa kimdədirsə, Qarabağa nəzarət də ondadır.

Bu qədər sadə.

Amma belə bir iddialar ermənilərin gücü çərçivəsində təmin oluna bilməz və qismən onların hədəfi də deyil. Qarabağda hərbi baza qurmağı planlaşdıran Rusiya üçün hər iki məntəqə son dərəcə ciddi əhəmiyyət kəsb edir.

Ermənilər isə həmişə olduğu kimi, bu məsələdə də alət rolunu oynayırlar.

Visiontv.az