Şuşada “İskəndər-M” raketlərinin qalıqlarının tapılması Moskvanın dilini hələ də açmayıb - Elçin Mirzəbəyli
Şuşada “İskəndər-M” raketlərinin qalıqlarının tapılması Moskvanın dilini hələ də açmayıb - Elçin Mirzəbəyli
07.04.2021 Elçin Mirzəbəyli Tərəfindən

Rəsmi Moskva ötən ilin iyul ayından başlayaraq, Ermənistana fasiləsiz olaraq, hətta gizli yollarla Rusiyadan silah-sursat, hərbi texnika daşındığı barədə məlumatlandırılıb. Bu müddət ərzində Kreml “müdrikcəsinə” susub.

Şuşada “İskəndər-M” raketlərinin qalıqlarının tapılması və sərgilənməsi də Moskvanın dilini açmayıb. Nə Rusiya Müdafiə nazirliyi, nə də Kreml “İskəndər-M” biabırçılığına aydınlıq gətirə bilmir, yaxud istəmir.

Görünür, deyiləcək sözləri də yoxdur. Ya Ermənistana “İskəndər-M” raketlərinin verilməsindən - hətta “gizli yolla ötürüldüyü” görüntüsünün yaradılmasına cəhd göstərilsə də - hər kəsin məlumatı olub, ya da Ermənistanla bu cinayətkar sövdələşmədə iştirak edənlər, yəni qanunsuz silah alveri ilə məşğul olanlar o qədər yüksək ranqlı şəxslərdir ki, Moskva onları qorumaq üçün “qurbanlıq keçi” axtarışındadır.

Visiontv.az