Şuşa, orada doğulan erməni gəncin vətənidir?-Kəramət Böyükçöl
11.08.2020

Birinci kursda oxuyurdum, bir professor müəllimim vardı. Mən də fakultənin ən demoqoq tələbəsi.

Başımı partanın üstə qoyub yatmışdım. Gördüm professor Qarabağdan boş-boş xatirə danışır, səsi yatmağa da qoymurdu. Başımı qaldırıb dedim, ay müəllim, vətən nədir? Dedi, kim harda doğulursa ora onun vətənidir. Dedim, Ermənistan 1992-ci ildə Şuşanı işğal edəndən sonra orda nə qədər erməni uşaqları doğuldu və bu gün onların 26 yaşı var. İndi Şuşa onların vətənidir?

Professor qolunda saata baxıb dedi ki, zəngin vaxtıdı, çıxa bilərsiniz.

Ona görə də o müəllim dərsdə həmişə yavaş danışırdı ki, Kəramət yatsın.

Visiontv.az