Şuşada böyük miqyaslı müqavilə imzalanacaq
11.06.2021

“Azərbaycana getdiyimizdə öncə Füzuliyə səfər edəcəyik, oradan da İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik”.

Visiontv.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, İ.Əliyevlə Şuşada böyük miqyaslı müqavilə imazalanacaq: “Bu, Türkiyə ilə Azərbaycan arasında ən böyük müqavilələrdən biri olacaq”.

APA