“Rəsmi hazırlıqlarımız başa çatdıqdan sonra Şuşada baş konsulluq açılacaq və Türkiyənin Xarici İşlər Nazirliyi olaraq ən qısa zamanda oraya əməkdaşlarımızı göndərəcəyik və Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”.
Visiontv.az-ın xəbərinə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 18-20-də Türkiyənin Antalya şəhərində keçirilən “Antalya Diplomatiya Forumu”nun (ADF) bağlanış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin sualların cavablandırarkən bildirib.
APA