Sürücülərin diqqətinə! Bu yolda hərəkət məhdudlaşdırılır
04.04.2019

Aprelin 4-dən 5-nə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən  qeyd edək ki, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və aprelin 5-i axşam saatlarınadək qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.