Sürücülər "parkovşikin" sözünə etibar etməməlidirlər - BNA-dan AÇIQLAMA
22.07.2021

Bəzən paytaxt Bakıda sürücülər arasında parklanmaya görə müəyyən narazıçılıqlar yaranır. Şəhərin müxtəlif yerlərdinə "parkovşik" kimi özünü göstərən şəxslərə etibar etmək olarmı?

Məsələ ilə bağlı Visiontv.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib ki, sürücülər "parkovşikin" sözünə etibar etməməlidirlər.

"Sürücü olaraq davranışlarınızı yol nişanlarının tələbini əsas götürməklə tənzimləməlisiz. Əgər qadağan nişanı varsa o halda "parkovşik" hər nə desə belə saxlamamalısız. Bu məsələylə bağlı biz mütəmadi olaraq mövqeyimizi bildirmişik".

Orxan Kərimov
Visiontv.az