Suriyadan atılan top mərmisi Urfaya düşdü-17 yaralı
10.10.2019

Suriyadan atılan 4 top mərmisi Şanlı Urfanın Akçakale rayonuna düşüb. Sonxeber.az-ın məlumatına görə, bina və avtomobillərə dəyən raketlər səbəbindən bir çox insan xəsarət alıb. Əraziyə polis, təcili yardım və yanğından mühafizə briqadaları cəlb edilib.
Polis yerli sakinləri sərhəddən uzaq durmağa və evlərinə getməyə səsləyib.