Suriya “LXR” və “DXR”-nın “müstəqilliyini” tanıyıb: Zelenski bunu "cılız hekayə" adlandırıb
Suriya “LXR” və “DXR”-nın “müstəqilliyini” tanıyıb: Zelenski bunu "cılız hekayə" adlandırıb
30.06.2022 MEDİA Tərəfindən

Suriya “LXR” və “DXR” adlanan qurumların “müstəqilliyini” tanıyıb. Bu barədə Suriyanın “Sana” dövlət xəbər agentliyi Suriya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Suriya Xarici İşlər Nazirliyi iddia edir ki, onlar Ukraynanın şərqindəki terror qurumlarla “ortaq iradə və bütün sahələrdə əlaqələr qurmaq istəyi əsasında” belə bir qərar qəbul ediblər.

Suriyanın qərarını Ukrayna prezidenti Vladimir Zelenski belə şərh edib: "Suriyanın bu qərar Rusiyanın təzyiqləri altında qəbul olunub. Bu, cılız hekayədir. Və belə olan halda, Ukrayna ilə Suriya arasında bir daha münasibətlər olmayacaq. Suriyaya sanksiyalar isə daha da güclənəcək”, - dövlət başçısı vurğulayıb.

visiontv.az