Superliqanın oyunu təxirə salındı
13.01.2022

Türkiyə Superliqasının 21-ci turunda "Başakşehir" və "Konyaspor" arasında keçirilməli olan görüş təxirə salınıb.

Visiontv.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın təxirə salınmasına səbəb qonaq komandanın müdafiəçisi Ahmet Çalıkın ötən gün avtomobil qəzasında dünyasını dəyişməsi olub.

Yanvarın 15-nə planlaşdırılan qarşılaşmanın yeni tarixi daha sonra açıqlanacaq.