Sünikə hücum Fransaya hücum deməkdir?
Sünikə hücum Fransaya hücum deməkdir?
30.03.2023 Elbəyi Həsənli Tərəfindən

Fransanın Auvergne-Rhône-Alpes regionunun rəhbəri Laurent Wauquiez Sünikdə olub. Auvergne-Rhône-Alpes regionu ilə Sünik arasında əməkdaşlığın dərinləşməsi ilə bağlı razılaşma imzalayıb.

Laurent Wauquiez bu münasibətlə deyib: “Bu andan etibarən Sünik və Auvergne-Rhône-Alpes-in taleyi birdir, bu isə o deməkdir ki, Sünikə hücum edilməsi Auvergne-Rhône-Alplərə hücum edilməsi deməkdir”...

Yadınızdadır, İran ötən ilin avqustunda ️işıq sürəti ilə Qafanda konsulluq açmışdı. O konsulluğun açılışında da oxşar fikirlər səsləndirilmişdi...

Fransa və İran erməni məsələsində birmənalı şəkildə eyni səngərdədir və Azərbaycana qarşı düşmən mövqedədir. Erməni sevgisi Qərb demokratiyasını və molla rejimini birləşdirir. Çox əcaib birlikdir, deyilmi...

Elbəyi Həsənli

visiontv.az