Süngün mis mədənindəki zavoddan sulfat turşusu sızması nəticəsində bölgədə ekoloji böhran yaşanır
20.01.2025

Bu il yanvarın 1-dən etibarən Vərziqanin Süngün mis mədəninin zavodundan geniş şəkildə sulfat turşusunun sızması baş verib.

İki həftə keçsə də, mədən rəsmiləri hələ də sulfat turşusu sızmasının yerini müəyyən edə bilməyiblər və ekologiya rəsmilərinin, əlaqədar qurumların səriştəsizliyi səbəbindən iki həftədir ki, böyük həcmdə sulfat turşusu axıntısı ətraf mühitini çirkləndirir.

Süngün Mis Mədənində haqqında danışdığımız zavod 2023-ci ildə ekoloji problemlərə və ekoloji tələblərə baxmayaraq, mədən mafiyası tərəfindən və İranın sənaye və mədən nazirinin  iştirakı ilə açılıb.

Qeyd edək ki, Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədənidir və İranın mis istehsalının 60 faizi bu nəhəng mədənin payına düşür.

visiontv.az