Sumqayıtda dəhşətli qəza: Üç nəfər öldü, yaralılar var
26.05.2020

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Visiontv.az xəbər veir ki, hadisə bu gün səhər Stansiya Sumqayıt yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan üçü hadisə yerində dünyasını dəyişib.

Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Onlardan biri, sürücü olduğu deyilən 1984-cü il təvəllüdlü Ramil adlı şəxsdir.

Trend