Sumqayıtda ağır QƏZA
07.09.2020

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Sumqayıtda "Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

Qəza zamanı 1987-ci il təvəllüdlü Həsənov Şəhriyar Abdulhüseyn oğlu, həyat yoldaşı 1988-ci il təvəllüdlü Həsənova Ülkər İmran qızı  və onların qızları 2013-cü il təvəüllüdlü Həsənova İnci Şəhriyar qızı və  2017-ci il təvəllüdlü Həsənova Ləman Şəhriyar qızı,  Əlizadə Rövşən Babək oğlu,  Sahilzadə Samir Baba oğlu və Quliyev Seymur Sadiq oğlu  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.