Sumqayıtda 8 yaşlı qız 4-cü mərtəbədən yıxılaraq ölüb
05.09.2020

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, şəhərin 4-cü mikrorayonunda 2012-ci il təvəllüdlü Ağazadə Zəhra Vüqar qızı ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb.

Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.