Sultan Sülemanın Fransa kralına məktubu: Fransada vals 100 il ərzində ictimai yerlərdə qadağan edilib
Sultan Sülemanın Fransa kralına məktubu:  Fransada vals 100 il ərzində ictimai yerlərdə qadağan edilib
29.11.2022 MEDİA Tərəfindən

İnternetdə Qanuni Sultan Sülemanın Fransa kralı Fransisə yazdığı iddia edilən məktuba rast gəldim. Mətn ingiliscə idi deyə tərcüməsini təqdim edirəm. Həqiqətə uyğunluğu, yaxud saxtalığı haqqında bir söz deyə bilmərəm. Tarixçilər desinlər.

"Mən qırx səkkiz səltənətin xanı, Qanuni Sultan Süleyman, səfirimin verdiyi məlumata görə, camaatınızın belə bir rəqsi haqqında eşitdim ki, qadınlı-kişili bir-birinə pərçimlənərək rəqs edirlər. Qonşu olduğumuz üçün - ümumi sərhədi paylaşırıq - bu xəstəliyin torpaqlarıma bulaşmasından narahatam. Əgər ləkəni bizə də gətirsə və bu xəstəliyə dərhal son qoymasanız, mən müzəffər ordumla gəlib buna son qoyacağam”.

Deyilənə görə, bu xəbərdarlıqdan sonra Fransada vals 100 il ərzində ictimai yerlərdə qadağan edilib.

Nəriman Qasımoğlu

visiontv.az