Sülhməramlıların təşkil etdiyi hərbi keçiddə erməni separatçılarının iştirakı qətiyyən yol verilməzdir
Sülhməramlıların təşkil etdiyi hərbi keçiddə erməni separatçılarının iştirakı qətiyyən yol verilməzdir
20.04.2021 Nəsib Məhəməliyev Tərəfindən

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Xankəndində hərbi parad keçiriləcək və 400 Rusiya hərbçisi keçid məşqlərinə başlayıb. Ölkə ərazisində başqa bir dövlətin ordusunun hərbi harad keçirməsi heç də bir mənalı qarşalnmadı.

Bu hadisəni Azərbaycanın suverenliyinə qarşı təxribat kimi qələmə verən də oldu,  diqqətə layiq olmayan informasiya kimi qəbul edən də.

Visiontv.az xəbər verir ki, millət vəkili Nəsib Məhəməliyevin bu barədə mətbuatdan oxuduğunu bildirdi: "Mənim məlumatıma görə 9 may  Böyük Vətən müharibəsində alman faşizmi üzərində qazanılmış “Qələbə günü” münasibətilə aeroportda 400 nəfərlik hərbi keçid təşkil etmək istəyirlər. Hər il qonşu ölkənin bir çox şəhərlərində, hərbi hissələrdə qoşunların iştirakı ilə paradlar, yürüşlər təşkil olunur. Qarabağda yalnız Rusiya  sülhməramlılarının iştirakı ilə parad keçiriləcəksə, buna xüsusi əhəmiyyət verilməsini düzgün hesab etmirəm. Çünki, 9 may keçmiş SSRİ -də yaşamış bütün  xalqların ümumi Qələbəsidir. Bu  əlamətdar tarixin qeyd olunması digər xalqlarla yanaşı, Azərbaycan xalqının da haqqıdır.

Ancaq,  sülhməramlılarla yanaşı erməni separatçılarının iştirakı qətiyyən yol verilməzdir. Belə bir halın baş verməsi ölkəmizin suverenliyinə qarşı təxribat kimi qiymətləndirilməlidir və iki dövlət arasında etimadsızlıq mühiti yarada bilər. Ciddi şəkildə Rusiya tərəfi ilə danlşıqlar aparılmalı, Azərbaycan cəmiyyətini narahat edən problemlər aradan qaldırılmalıdır".