Süleymaninin hərbi təlim keçmiş qızı ABŞ-ı TƏHDİD etdi: - "Övladlarının ölümünü gözləsinlər"
06.01.2020

Öldürülən İran generalının qızı ABŞ qoşunlarının ailələrinə xəbərdarlıq edib.

Visiontv.az-ın Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-ın Bağdaddakı hava hücumunda öldürülən İranlı generalın qızı, atasının dəfn mərasimində ABŞ hərbi qüvvələrini təhdid edib.

Zeynəb Süleymani bu açıqlama ilə bazar ertəsi İranın paytaxtı Tehranda keçirilən kütləvi aksiyada çıxış edib.

O dedi: "ABŞ-ın Orta Şərqdəki əsgərlərinin ailələri günlərini övladlarının ölümünü gözləyərək keçirəcəklər".