5.06.2020
Axtar
Dünya
alt

Süleyman Soylu vəzifəsinə davam edəcəyini açıqlayıb

Türkiyənin ötən gün istefa ərizəsi yazmış Daxili işlər naziri Süleyman Soylu vəzifəsinə davam edəcəyi barədə açıqlama yayıb.

Visiontv.az Terkiyə mətbuatına istinadən xəbər verir ki, nazir özünün «Twitter» hesabında bunları yazıb: “Karantin rejimi ilə bağlı üzərimə düşən məsuliyyətə görə verdiyim qərardan sonra millətimizin və Prezidentimizin mövqeyi məni təsirləndirdi. Dövlət və millətin atılan addımlarda çatışmazlığı insani bir vəziyyət kimi qəbul etməsi, nöqsanları aradan qaldırmaq haqqını verməsi məsuliyyətimizi artırıb. Allah utandırmasın. Millətimizin xidmətində yola davam...”

Qeyd edək ki, Süleyman Soylu dünən ötən həftənin cümə günü Türkiyədə karantin rejiminin pozulmasına görə məsuliyyət daşıdığını irəli sürərək, istefa ərizəsi yazıb. Türkiyə Prezidenti Süleyman Soylunun istefasını qəbul etməyib.

Şərh