STATUS:Azərbaycanda xarici kəşfiyyat orqanlarının təbliğat tribunası olan KİV-lər-jurnalist Jalə Mütəllimova
04.06.2020

Bir müddət əvvəl Azərbaycanda xarici kəşfiyyat orqanlarının təbliğat tribunası olan KİV-lərin ofisləri bağlandı.

Səhv qərar idi. Niyə? Sözügedən KİV-lərin Bakıda rəsmi ofisləri var idi. Onlar pristijə görə ölkənin peşəkar media adamlarına əməkdaşlıq təklif edirdilər. Yəni Azərbaycanda peşəkarlardan ibarət komanda yığırdılar. Dövlətə də bu KİV-lərdə kimlərin çalışdığı barədə konkret adlar, müəlliflər bəlli olurdu. Onu da qeyd etmək vacibdir ki, bəzən təklif alanlar sırasında xeyli milli ruhlu peşəkarlar olurdu. Bəs bunun hansısa faydası var idimi? Bəli, var idi! "Azadlıq" radiosu təcrübəsi mənə çox vacib və incə bir detalı öyrətdi.

Rəsmən qadağan olunan siyasi terminləri ən müxtəlif formalarda, amma Azərbaycan maraqlarına uyğun efirlərə daşıyırdıq. Düzdür bəzən bunu cəzası da olurdu, amma sevə-sevə də çəkilirdi. İndi o ofislər yoxdur, o peşəkarların bir qismi, ya ölkədən getdi, ya da xarici mediaya işləyər küçə reportyorları ilə əvəzləndi, yəni işsiz qaldılar. Beləcə, xarici media ilə əməkaşlıq edən pərakəndə şəkildə fəaliyyət göstərən müxtəlif qurumlar yaradıldı. Bu təsadüf idimi? İnandırıcı deyil... #nəyiməlazıməşi, özləri bilər...

Visiontv.az