Statusa sığan Azərbaycan televiziyaları - Şöhrət El-Dəniz
Statusa sığan Azərbaycan televiziyaları - Şöhrət El-Dəniz
05.01.2021 Şöhrət El-Dəniz Tərəfindən

Salam dostlar! Bu gündən etibarən həftəboyu Feysbukda Azərbaycan televiziyalarında hazırlanan verilişlərlə bağlı yazdığım statusları toplayıb xronoloji ardıcıllıqla sizə təqdim edirəm. Oxumayanlar da oxusun. Bir də sosial şəbəkədə tənqid etdiyim televiziya rəhbərləri və nümayəndələri feysbukdakıları ciddiyə almadıqlarından mıtbuatın dediyinə üstünlük verirlər.

Buyurun bu da mətbuat.  

Dekbrın 30-u

Efirdə "aparıcı" şəhidə kədərlənib ağlamaqla, gülüb sevinməyin arasındakı vaxtı 5 saniyəyə necə yerləşdirir? Heç bilirsiniz?
Deyim bilin. Əgər ortada sponsorun böyük pulları və reklamdan gələn gəlir varsa 5 yox 3 saniyəyə aparıcının üzündəki süni kədər təbii sevincə çevrilir. Yəni ekranda gördüyünüz hislər, göz yaşları əjgahanin göz yaşlarıdır. Rəhmətlik məşhur teleaparıcı Listiyev gözəl deyib. Televiziya (televidiniya eto zerkolo vampirov) vampirlərin güzgüsüdür.

Dekbrın 30-u

AzTV-i də daxil olmaqla bütün telekanallarda ciddi redaktor problemi var. Verilişlərin, xəbər buraxılışlarının sahibi, redaktoru yoxdur. Repartyorları, aparıcıları pis cıxmasın öz başına buraxıblar. Qardaşım, gənclərdən ibarət islahatlar apar. Heç kim sənə irad tutmur. Amma bu redaktorluq insititutunu məhv eləmə. Gənc kadırlarınız efirdən ağzına gələni danışır.

P.S. Problem bilirsiniz nədədir. Verilişin aparıcısı telekanalın rəhbərliyi ilə olur cici bacı. Bir az da sponsordan pul gətirir və yaxud hansısa məmurla yaxınlığı olur vsyo. Verilişdə at oynadır. Nə ağlına gəlir, nə dilinə yatır danışır. Nə verilişin rəhbərini, nə redaktorunu vecinə almır. Elə bilir vəzifədə olanın telefon nömrəsi bunda varsa ən ağıllı aparıcı da budur.

Dekbrın 31-i

Özüm texniki imkanlara görə edə bilmirəm, ideyanı verim heç olmasa telekanal rəhbərlərı reallaşdırsın. Əsirlikdən qayıdan Dilqəmlə Şahbazı (təbii ki, sağlamlıqları imkan verirsə) əsr düşdükləri Kəlbəcərə aparıb ordakı məkanlarda, Şusada qaldıqları türmədə müsahibə götürüb maraqlı veriliş hazırlasınlar.

P.S. Ta başdansovdu yox. Sanballı sənədli film formatında veriliş edin.

Yanvarın 1-i

Bu il İTV-nin culunu sudan prodüser Əziz çıxartdı.))) Yaxşı tapıntıdır. Və istedadlı insandır.

Yanvarın 3-ü

Çarli Caplinin filmini səsli ediblər. Bütün dünyanın səssiz baxdığı Caplinin filminə mən hal-hazırda İTV-dən Azərbaycan dilində baxıram.))

Yanvarın-5-i

Prezidentin və ordunun əməyini mənasiz söz yığını ilə ucuz tərifə çevirib niyə gözdən salırsınız. Aparıcı Salehin efirdən prezident və ordu haqqında dediyi fikirlərin tərsməssəv başa düşülməsinin əsil səbəbi məhz birinci yazdığım cümlədədir. Təkzib videosu qoyublar. Prezidenti və ordunu tərifləmək üçün elə əndirəbadi cümlə qurur ki, axırını gətirib çıxarda da bilmir. Sonra da deyilər bizim günahımız yoxdur, şər atırsınız. Özünüz qulaq asırsınız dediyiniz cümlələrə.

Visiontv.az