STATUS: Xalqı dama doldurub acından qırmaqmı istəyirsiniz?-Şair Murad Köhnəqala
29.06.2020

Deputat Fəzail Ağamalı modern.az saytına müsahibəsində karantinin sərtləşdirilməsi haqda MM-in növbəti iclasında bu cür təklifləri irəli sürəcəyini bildirib:

“İcazə həftədə 2 dəfə olmaqla, ailə üzvlərindən birinə verilməlidir. Ailədə 5 nəfər var, hamısı vaxt müəyyən edir, hamısı icazə ilə küçələrdədir, heç biri də iş dalınca çıxmır. Sadəcə virus daşıyıcılarına çevirilirlər. Qonşu Gürcüstan, Türkiyə, Avropa təcrübələri var. Hətta düşünürəm ki, lazım gələrsə, 8 rayon və şəhərdə fövqəladə vəziyyət, komendant saatı müəyynləşdirilsin. Artıq cərimə yox, küçəyə çıxan dərhal həbsxanaya getsin. Bu cür addımlarla məsuliyyətsizliyin qarşısını almaq olar. Yoxsa , “yaydır, hamı hava almaq istəyir” yanaşmaları ilə heç bir mübarizə effektli olmayacaq”.

Ay millətin vəkilləri! Siz niyə təsəvvürünüzə gətirə bilmirsiniz ki, bu saat əksər ailələrin, içi mən qarışıq, ən elementar ərzaq almağa maddi gücü çatmır? Camaatın pulu yoxdee! Xalqı dama doldurub acından qırmaqmı istəyirsiniz? Niyə bircəciyiniz qalxıb o dilənçipayı olan 190 manatın, heç olmasa, hər bir vətəndaşa şamil olunmasını tələb etmirsiniz? Ailənin başqa üzvləri adam deyil? Uşaqlar adam sayılmır, sizcə? Niyə belə süni yollarla ölkəni sosial partlayışa sürükləyirsiniz?

Visiontv.az