STATUS: Sabah çıxıb desinlər ki, biz karantini yumşaltdıq, siz özünüzü apara bilmədiz-Mehriban Əsgərova
07.08.2020

Əziz və hörmətli, içi mən qarışıq karantindən narazı olan dostlar, tanışlar!

Mən də, bir çoxları kimi, gəzməyi, dostlarla görüşməyi, hər gün hansısa kafe-restorana getməyi sevən adamam. Hər birinizdən artıq dərəcədə xahiş edirəm ki, küçələrə tökülüşməyək. Başa düşürəm, darıxmısız, sıxılırsız. Hamı o gündədir. Bunu yazmaqda məqsədim də, kiməsə ağıl öyrətmək, yaxud məsləhət vermək deyil. Sadəcə, istəmirəm ki, sabah yenə çıxıb desinlər ki, biz yumşaltdıq, siz özünüzü apara bilmədiz.

visiontv.az