STATUS: Parlament sədrinin simasında dövlətimizin aşağılanmasına şahid olduq-Bahəddin Həzi
24.09.2020

Azərbaycan Milli Məclisinin sədri formal da olsa, Rusiya xarici işlər nazirindən yüksək status sayılır.

Ancaq Lavrov Sahibə Qafarovanı oturdub görüş otağında, öz köməkçiləri ilə masa arxasında.  Gözlədir. Bu, bir. Özü qəsdən gec gəlir. Bu, iki. O gələndə bizim nümayəndə heyətimiz başda Milli Məclis sədri olmaqla ayağa qalxırlar. Bu üç. Hələ bizim görə bildiklərimiz. Müstəqil dövlətik. Ancaq parlament sədrinin simasında dövlətimizin aşağılanmasına şahid olduq.

Bəli,  Sahibə Qafarova Milli Məclis sədri kimi yerində deyil.O da bir dərd. Ancaq dövlətimiz hamımızındır; Rusiyalı nazirin bu cür münasibəti də qəbuledilməzdir.

Visiontv.az