STATUS: Millət rəsmən dəli olub-axar.az-ın baş redaktoru Anar Niftiyev
05.06.2020

Sanki iki gün yox, 20 il dükanlar bağlı olacaq...

Marketlər bütün gücü ilə işləyir, insanların gözü qabağında ərzaq daşınır satılmaq üçün.
Bütün personal səfərbər olub, müdirlər belə zəmbilləri doldurmağa kömək edir.
Ancaq nə olsun!
Pomidor-xiyar, meyvə, göy-göyərti çatmır. Çörək "göydə" bitir.
20 kilo pomidor alarlar? Ay adam, 15 kilo almanı neynirsən?
25 çörəyi hara aparırsan? Kim yeyəcək onu? Toy edirsən?
Millət rəsmən dəli olub. Sanki iki gün yox, 20 il dükanlar bağlı olacaq...

Visiontv.az