25.011.2020
Axtar
Ölkə
alt

STATUS: Jestə bax e...-jurnalist Bəybala Mirzəyev

"İrandan Azərbaycana jest: Araza su buraxıldı - Şad xəbər"

Bayaq xəbər saytlarımızdan birində belə bir başlıq altında dərc olunan xəbərlə rastlaşdım. Və məlum oldu ki, İran İslam Respublikası ilə birgə istismar olunan Araz su anbarından buraxılan suyun həcmi artırılıb və növbəti həftənin 1-ci günü axşama bəzi rayonlarımıza tələbata uyğun suyun verilməsi təmin ediləcək.

İran Azərbaycana gələn suyu niyə kəsməlidir ki, sonra da guya ki, bizə yaxşılıq edirmiş kimi jest etməlidir və suyumuzu minnətlə verməlidir? Allahın halalca neməti olan su bəyəm iran mollalarının dədəsinin malıdır?

Deyirlər, Türkiyə də Kür çayının öz ərazisinə aid olan hissəsində iki su ambarı və iki dənə də SES tikib. Bu da bizə gəlib çatan suyun azalmasına müəyyən qədər təsir göstərir.

Həmçinin, Ermənistan və Gürcüstan da əllərinə keçən hər cürə zir-zibili, kanalizasiya sularını, sənaye müəssisələrinin kimyəvi mayelərini Kürə axıdırlar. Bu da öz növbəsində Azərbaycanda bir çox ağır xəstəliklərin geniş yayılmasına səbəb olur.

Eləcə də Rusiya Samur çayından bizə verilən payı kəsməyə hazırlaşır.

Ermənistanı bildik, bu ölkə bizim yağı düşmənimizdir. Bəs Azərbaycana ən yaxın dost, strateji müttəfiq sayılan ölkələrin bizə qarşı "su zərbəsi"ni necə başa düşək?!

Molla aşı görəndə qardaşını yaddan çıxardığı kimi, indi bizim də strateji müttəfiqlərimiz (İran, Türkiyə, Rusiya, Gürcüstan) suyu görən kimi nə tez müttəfiqliyi unudurlar?

Belə müttəfiqlik olar?

visiontv.az 

Şərh