STATUS – İsa Məsihə itaət etmək lazım deyil-Millət vəkili Etibar Əliyev
29.05.2020

“Eynşteyn də, Nyuton da Allah adamı olub.”

Görkəmli alimimiz Rafiq Əliyev müsahibələrinin birində demişdi: “Eynşteyn də, Nyuton da Allah adamı olub.” Müsahibəsində Eynşteynlə bağlı maraqlı məqamlara toxunub. Nyuton barədə heç nə deməyib. Rafiq müəllimin qoyduğu bu məsələ barədə xeyli araşdırma apardım və deyəsən istəyimə nail oldum. İmmanuil Kant “Pedaqogika haqqında” traktatında yazırdı: “Deyirlər ki, Nyuton hər dəfə Allahın adını çəkəndə yerində donub qalır və düşüncəyə qərq olurdu”. Dahi fizik, astronom və riyaziyyatçı İsaak Nyutonun bir neçə bioqrafiyasında onun Allaha olan münasibətini axtardım. Nəhayyət, məşhur ingilis yazıçısı Piter Akroydun “Nyuton” kitabından istədiyimi tapdım.

Həmin kitabından: “Nyuton sonrakı əlyazmalarında qeyd edirdi ki, biz vahid gözəgörünməz Allaha itaət etməliyik. Və insanla Allah arasında yeganə vasitəçi - İsa Məsih adlı insandır. Ruhu məhv etməmək üçün “biz iki Allaha itaət etməməliyik. İsa Məsihə itaət etmək lazım deyil. O, ilahi ruha malikdir, lakin Allah deyil”.

Yeri gəlmişkən: Piter Akroydun "Nyuton" kitabı (2011-ci il) böyük fizik haqqında yazılmış ən sanballı əsərlərdən biridir.

Visiontv.az