STATUS- Eldara layiq söz demək, kitab buraxmaq ürək istər!-yazıçı Azad Qaradərəli
30.05.2020

Ustadım, ədəbi müəllimim Sabir Əhmədlinin xatirəsinə həsr etdiyim kitab çıxdı, bir qədər rahat nəfəs aldım. Amma gördüm ki, yox, ürəyimdə daha bir istək boy verib.

Boynumda elə Sabir müəllim qədər haqqı olan böyük şairimiz, əziz dostum Eldar Baxışın xatirəsinə həsr etdiyim yazılar (bir uzun hekayə, yəni povest - "Yuxarıda kim var" və bir neçə esse) ayrı-ayrı kitablarda çıxsa da, onları bir yerə toplayıb, yeni yazdığım məqaləylə birgə ayrıca bir kitab şəklində nəşr etdirmək arzusu da varmış.

İnanıram ki, Eldar Baxış sevənlər o kitabın nəşrinə də kömək edəcəklər. Əlimdəki romanı bitirən kimi, sağlıq olsun, bu işə başlayacağam. Hələ bəlkə araya salıb tezləşdirdim. Amma Eldara layiq söz demək, kitab buraxmaq ürək istər!..Yerin pərqu olsun, qardaş!