STATUS: Bu çətin günlərdə sizin yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq!-Mehriban Əliyeva
02.07.2020

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva polis günü ilə bağlı feybukda status paylaşıb.

-Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Visiontv.az