STATUS- Bioloji "kişi" görünüşlü ünsürlər-telejurnalist Rüstəm Əbülfətoğlu
30.05.2020

Belə getsə bəzi ünsürlər üzündən biz millət olaraq deyəsən hələ gec formalaşacağıq və onda ola bilsin həqiqətən çox gec olacaq... Bu gün planetin, dünyanın heç bir ölkəsində, heç bir nöqtəsində qadın, qız, gəlin, ana, bacı bizdəki qədər təhqir edilmir, mənəvi terrora məruz qalmır.

Nə qədər ki, şərəfsiz, əxlaqsız, qeyrətsiz, namussuz, vicdansız, əclaf, satqın və xəyanətkar varlıqlar bu millətin milli və mənəvi, ailə və əxlaq dəyərlərini ayaqlar altına atacaq, onu nümayişkarcasına tapdalayacaq, o vaxta qədər milli birlik, güclü və qüdrətli millət haqqında düşünməyə dəyməz...

...Axı ta qədimdən babalarımız Azərbaycan kişisini bütün dünyaya qeyrətli, namuslu, əxlaqlı, ali müqəddəs dəyərləri uca tutan nümunəvi mərd və cəsur obrazda tanıtdırmışdı..... Bəs indi nə oldu bizə? Harada səhvə yol verildi, nə zaman cılızlaşdıq? Nə səbəbdən qurd ağızlı ərlər evini qoyub qaçan söyüşçül və qarğış tökən arvadlara çevrildi? Bioloji "kişi" görünüşlü bu ünsürlərin "mübarizə"ni qadına qarşı yönəltməsi isə daha dəhşətli və utancvericidir...

Harada qaldı əsl kişilik, qeyrət, əxlaq, namus, şərəf və ləyaqət? Bu birliklə, bu özünüdərklə, bu vicdanla, bu əqidə ilə, bu mənəviyyatlamı biz müharibə istəyirik? Kimi kimdən qoruyacağıq? Bizə düşmən lazımdırmı? Kimdir bu millətə daha böyük düşmən??? Müharibədə 20 faiz torpağımızı işğal etmiş ermənimi, yoxsa yad qucağında oturaraq milləti hər gün içindən yeyən, onu mənəvi cəhətdən məhv edən, bütün dəyərlərimizi terrora məruz qoyan, ölkəni böhrana, xaosa sürükləmək istəyən bəzi sosial namussuzlarmı???

P.S Status sosial şəbəkələrdə ki təxribatlara Azərbaycanın birinci vitse prezidenti Mehriban Əliyevanın reaksiyasına dəstək olaraq paylaşılıb.

Visiontv.az