Soveti dağıdan da erməni idi, Rusiyanı dağıdan da onlar olacaq-Azər Qasımov
23.09.2020

Sovet İttifaqının dağılması dövrünün Rusiya üçün olan bölümü başlayır. Tovuz hadisələri ilə Qarabağ hadisələri eyni ssenaridir. Bu, Qərbin və Avropanın rusu parçalamaq ssenarisidir. Soveti dağıdan da erməni idi, rusu dağıdan da erməni olacaq. Erməniyə dəstək verən qüvvələr bu dəfə də bizim qərb bölgələrimizi onlara söz veriblər. Rusiyanın daxilində gedən proseslər də eyni ilə 1988-ci illəri xatırladır. Başlıca səbəb isə Putinin son referendumdan sonra 2036-cı ilədək hakimiyyət yolunun açılması oldu.

Birliyimiz və təcrübəmiz olmadığı üçün Qarabağ və ətraf rayonları itirdik, amma bu dəfə hazırlıqlı olmalıyıq. Rusun erməniyə son zamanlar silah daşıması əslində rutin qayda adı altında bu siyasətə xidmət edən, Rusiyanın daxilində olan qüvvələrdir və bu, hər zaman açıq ya gizli olub, qeyri adi heç nə yoxdur.

Bu proseslərin adını düzgün qoymalıyıq ki, öz strategiyamızı dəqiq seçək və fəaliyyət proqramı hazırlayaq. Başlıca məqsədimiz qərb sərhədlərimizi gücləndirmək və əks hücum əməliyyatı ilə itirilmiş torpaqların tamamı daxil, Zəngəzuru ələ keçirmək olmalıdır.

Türkiyə artıq açıq və real şəkildə yanımızdadır 1990-lardan fərqli olaraq. Bu proseslər tariximizin son problemi olacaq əgər buna doğru qiymət verə bilsək. Biz doğru taktika yürütsək, bu, Ermənistanın sonu olmasa da "erməni məsələsinin" bir dəfəlik gündəmdən qalxması ilə nəticələnəcək.

Visiontv.az