Sosial şəbəkədə azyaşlının qeyri-etik görüntüsünü yayan qadın uşağın anası imiş
13.06.2024

Sosial şəbəkələrdə azyaşlı ilə qadının qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb.

Visiontv.az  APA -ya istinadən xəbər verir ki, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub və o, saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, görüntülərdə əks olunan qadının 56, azyaşlının 8 yaşı var. Azyaşlı onun övladıdır. Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam edir.

DİN-in Mətbuat Xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

visiontv.az