Son sutkada koronavirusdan 10 282 nəfər sağalıb - Türkiyədə
27.02.2021

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 74 nəfər dünyasını dəyişib. Visiontv.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib. Nazirlikdən bildirilib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 432 nəfərə çatıb. Məlumata əsasən, ölkədə 9 205 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 683 971 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 10 282 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 556 785 nəfər təşkil edir.