SON DƏQİQƏ: Rusiyada nüvə raketi partladı, ətrafa radiasiya yayılır, ölənlər var - DÜNYA ŞOKDA
26.08.2019

Rusiyanın raket sınağı zamanı baş verən qəza nəticəsində nüvə radiasiyasının sızıntısı qeydə alınıb.

VisionTV.az  publika.az-a istinadən xəbər verir ki, Rusiya Meteoroloji İdarəsi ölkənin şimal-qərbindəki Arxangels vilayətində radiasiya sızıntısının ortaya çıxdığını açıqlayıb.

"Havaya stronsiyum, baryum və lantanum maddələrinin yayıldığı aşkarlanıb", - açıqlamada deyilir.

Avqustun 8-də Şimal Qütbü bölgəsindəki Noyonoksa Donanma Bazasında baş verən raket partlaması nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Beynəlxalq Nüvə Sınaqlarına Qadağa Müqaviləsi Təşkilatı qəzadan sonra nüvə radiasiyasının yayıldığını açıqlamış, lakin Rusiya bunu təkzib etmişdi.