Son dəqiqə! Restoran gülləbaran edildi, türkiyəli diplomat öldürüldü - FOTOLAR
17.07.2019

İraqın Ərbil şəhərində restoranlardan birində Türkiyə Baş Konsulluğunun işçilərinə hücum olub.

VisionTV.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, naməlum silahlılar restoranı gülləbaran ediblər.

Hücum nəticəsində baş konsulunun köməkçisi Hakan Karaçay vəfat edib. Daha 2 nəfərin isə yaralandığı bildirilir.

Silahlılar hadisə yerindən qaçıblar.

İlkin ehtimallara görə, hücumu PKK terrorçuları həyata keçirib. Belə ki, son günlər Türkiyə Silahlı Qüvvələrinin PKK-ya ağır zərbələr endirməsinə cavab olaraq bu hücumun təşkil edildiyi düşünülür.