Yasamalda bina yanır.
VisionTV.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, yanğın Mətbuat prospekti 31A ünvanında, "Həyat clinic"in yerləşdiyi hündürmərtəbəli yaşayış binasında baş verib.
İlkin məlumata görə, yanğın 3-cü mərtəbədən başlayıb.
Hadisə yerinə yanğınsöndürən maşınlar, hüquq mühafizə əməkdaşları cəlb olunub.