16.012.2019
Axtar
Yaradıcılıq-Araşdırma
alt

Şok Təfərrüatlar-ERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUB

Bağımsız Ermənistan Cumhuriyyətinin elanı sırasında Batumda olan Osmanlı nümayəndələrinə müraciət eden ermeni heyəti başçısı Aleksandr Xatisyan, üzvlərdən Ruben Kaznaçnuni və Mikael Papazdjanov (Papazyan) sülh istədiklərini bildirdilər. Cavab gəlməyincə 30 May 1918 -ci ildə Osmanlı nümayəndəsi Halil Bəyə müraciət edərək 72 saat geçməsinə rəğmən hələ də cavab almadıqlarını xatırladaraq anlaşmadakı tələblərini təkrarladılar. Bu arada da Almanlardan, Brest-Litovsk antlaşmasında Türklərin sərhəd dəyişikliyi etdiklərinə qarşı yardım istədilər. Onlara yardım etməyən və cavab verməyən almanlara qarşı, təkrar Osmanlı hökuməti ilə qarşılıqlı barış və İrivana bir temsilçi təyin edilməsi üçün Vehip Paşa ilə görüşdülər. Bu təmaslar sonucunda 4 iyun 1918-ci ildə Osmanlı Dövləti və Ermənistan respublikası arasında bir protokol imzalandı.

Protokola göre; Osmanlı Dövlətinin Ermənistanın bağımsızlığını tanıması qarşılığında, Ermənistan torpaq iddialarından vaz keçməliydi.

Osmanlının əlində olan Yeni Beyazıt, Gümrü, İrəvan və Şərur Ermənistana veriləcəkdi.

Ermənistan isə öz torpaqlarında yaşayan müsəlmanların dini və mədəni haqlarını tanıyacaqdı.

Ermənistan, komitələrin Osmanlı torpaqlarına yönəlmiş hərəkətlər üçün Ermənistanı bir alət olaraq istifadəsini əngəlləyəcəkdi.

ERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLDU

Bağımsız Ermənistanı digər dövlətlərdən çox daha öncə Osmanlı Dövlətinin tanıması ciddi bir önəm daşıyırdı. Çünkü İtilaf Dövlətləri, Rusyadakı daxili savaşın sona çatmadığını səbəb göstərib, bağımsızlıq hərəkətini dəstəkləmirdilər. Dünya arenasında erməniləri dəstəklədiklərini söyləyən İngiltərə, Fransa və İtaliya 19 yanvar 1920-ci ildə, Amerika isə 23 aprel 1920-ci ildə tanımışdı. 28 May 1918-ci ildə qurulub, 2 dekabr 1920-ci ildə sona yetən bu respublikanın itilaf dövlətlərinin yıxılmadan az öncə tanıması düşündürücüdür.

Ermənistan Hökumətinin üzvləri Tiflisdə idilər. 17 iyun 1918-ci ildə Güney Qafqaz Alman birliğindn iki zabit və iki Osmanlı zabiti ilə İrəvana ezam edildi. 1 Avqust 1918-ci ildə Ermənistan respublikası Məclisinin açılışında sadəcə Osmanlı təmsilçiləri hazır dayanmışdılar. Almaniya, Avstriya, İran və Ukrayna nümayəndələri ölkə müstəqilliyini tanımadıqları halda açılışda iştirk edirdilər.

BAĞIMSIZ ERMƏNİSTAN HEYƏTİ İSTANBULDA

Osmanlı Dövləti və Ermənistan Cümhuriyyəti arasında qarşılıqlı olaraq paytaxtlara siyasi və əsgəri təmsilcilər göndərdilər. 18 iyuln 1918-ci ildə Ermənistan tərəfindən göndərilən Avedis Aharonyan, Aleksandr Hatisyan və General Kurqanof, Gürcü nümayəndələriylə bərabər İstanbula gəldilər. Papadjanov adlı başqa bir nümayəndə isə Azərbaycan heyəti ilə gelmişdi. Bu nümayəndələr Osmanlı Dövləti ilə diplomatik əlaqələri inkişaf etdirərək, eyni zamanda bölgə xalqları və İttifaq Dövlətləri ilə birlikdə sərhədlərlə bağlı məsələlərin çözülməsi üçün gözlənilən İstanbul Konfransına qatılacaqdılar.

Dönemin Ermənistan qəzetlərindən "Hayrenik"də çıxan 21 iyun 1918 -ci il tarixli yazıda görüşmələr barədə bu şəkildə bəhs edilmişdir. ”İstanbul Konfransına nazar-ı ehemmiyetle bakmaktayız. Türkiye sayesinde elde edilen hüviyetin ancak Türkiye’nin desteğiyle payidar olacaktır, Türkiye ile dostça geçinmek istiyoruz. Ermeni-Türk husumeti bitmiştir. Hatta dostluğu filizlenmekte diyebiliriz. Kafkasya Ermenilerinin, Türkiye Ermenilerinin işlerine müdaheleye niyeti yoktur…”

Ayrıca Aharonyanın 4 iyul 1918-də Vakit qəzeti Baş yazarlarından Ahmet Emin Bəyə yazdığı məktublarda “Biz Türklərlə başqalarıyla olduğundan daha asan anlaşa bilirik. Çünkü əski bir Türk zərb-ı məsəlində söyləndiyi üzrə əski dost düşmən olmaz”, deyərkqn bunun yanında da “Sağlam bir dostluq qurulması üçün ən münasib və asan yolun nüfusa görə yetersiz olan Ermənistan topraklarına qatılmaq üçün bir az daha ərazi verilməsidir…”

 

Şərh