ŞOK İNTİHAR: Xalq artisti özünü 5-ci mərtəbədən ATDI - VİDEO
12.07.2019

Ukraynanın Kiyev şəhərində yaşlı kişi intihar edib.

Bu barədə "Ukrainskiye novosti" xəbər verib.

Kişi intiharı səhər saatlarında gerçəkləşdirib. O, özünü yaşadığı binanın 5-ci mərtəbəsindən yerə ataraq həyatına qəsd edib.

Mərhumun cibindən kiçik kağız parçası tapılıb. Orada yazılanlara görə, o, ölümündə heç kəsi günahlandırmamağı xahiş edib.

Daha sonra intihar edən şəxsin Ukraynanın Xalq artisti, eləcə də Ukrayna Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının vokalisti olduğu məlum olub.

Qonşuların sözlərinə görə, tək yaşayan mərhuma ara-sıra oğlu baş çəkirmiş.