Soçi görüşü Brüssel görüşünü kölgədə qoydu
Soçi görüşü Brüssel görüşünü kölgədə qoydu
27.11.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

25 Dekabrda Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri Şarl Mişelin vasitəçiliyi ilə görüşəcək. 15 dekabrı uğurlu və regionda yeni bir mərhələnin başlanğıcı kimi qeyd etmək olardı. Amma, Soçi görüşü Brüssel görüşünü kölgədə qoydu.

Brüsseldə liderlərin görüşü və bunun nəticəsi əsasan, Soçi Bəyannaməsində qeyd edilənlərə sadiqliyi vurgulanacaq. Amma, N. Paşinyan bu görüşdə Minsk qrupunun həmsədrlərinin vasitəçiliyini önə çəkəcək və çalışacaq ki, danışıqlar predmetində bu məsələ gündəlikdə olsun.

Brüssel görüşü Moskva üçün gözlənilməz bir gediş idi və ona görə də Soçi görüşü tələm-tələsik təşkil edildi. Moskva anlayır ki, Cənubi Qafqazda vasitəçiliyi bir il ərzində səmərə verməyib. Bu görüşdən sonra Kreml Ermənistanı bir neçə bəndə əməl etməsinə məcbur edə bilər. Çünki, bu görüş Rusiyanın Qərb qarşında kartblanşı idi.

Azərbaycanla Rusiya arasında sülhməramlı qüvvələrinin fəaliyyəti və 9 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndi problem olaraq qalır. Azərbaycan Ermənistanla problemləri müəyyən qədər həll etdikdən sonra əsas strateji plan Qarabağda etnik ermənilərin yaşadığı ərazidə qanunçuluğa son qoymaq olmalıdır.

Məhəmməd Əsədullazadə

Milli Cəbhə partiyasının (MCP) sədrinin müavini, politoloq

visiontv.az