SOCAR-dan benzinin qiymətinin ucuzlaşması ilə bağlı - AÇIQLAMA
13.03.2020

“Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı benzin qiymətlərinin ucuzlaşması dünya bazarlarında neft qiymətlərinin azalması ilə əlaqədardır”.

Visiontv.az oxu.az-a istinadla xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, həmin markalar Azərbaycanda istehsal olunmur və xaricdən idxal edilir:

“Azərbaycanda istehsal olunan və geniş tələbat olduğu üçün qiymətləri Tarif Şurası tərəfindən nizamlanan Aİ-92 markalı benzin, dizel və aviasiya yanacağından fərqli olaraq “Premium Euro-95” və “Super Euro-98” benzinlərinin qiyməti neft qiymətlərinin dəyişməsindən asılıdır.

Ona görə də dünya bazarlarında neftin ucuzlaşması ilə əlaqədar həmin markaların Azərbaycana tədarükü daha ucuz başa gəlir”.