"Siz hansı dinə qulluq edirsiniz?" — Maşın-dan uzaqlaşdırılan KƏRİM
03.10.2019

"Maşın" realiti şousunun birinci günü qalmaqalları ilə yadda qalıb.
VisionTV.az  xəbər verir ki, dünən baş tutan buraxılışda müğənni Kərim Abbasov oyundan uzaqlaşdırılıb.

Oyundan sonra Kərim həmkarları haqqında bunları deyib:

"Quyu qazmaqlarına baxıb, şoka düşürəm. İnsanların neçə siması olar, hansı dinə quluq edirsiniz? Ümumiyyətlə, çalışın bir üzünüz olsun, amma çətin, mən gördüyümü gördüm".

Xatırladaq ki, dünənin səsvermə nəticəsi olaraq, aşıq Namiq Fərhadoğlu tribunaya çıxıb. O, tamaşaçıların səs çoxluğunu toplayaraq Kərimi oyundan uzaqlaşdırıb.
Bundan başqa Kərim canlı efir zamanı, həmkarı müğənni Nazim Pişiyarı ilə də söz savaşına çıxıb.

Qeyd edək ki, "Maşın"da meyxanaçı Aqşın Fateh, Ayan Babakişiyeva, aparıcı Kəmalə Piriyeva, xalq artisti Bilal Əliyev, aşıq Namiq Fərhadoğlu, Türkan Vəlizadə, aparıcı Suna Kasımoğlu, Nazim Pişiyarı, repçi Qurd, Niyam Salami, Ramal İsrafilov, Aysun İsmayılova, əməkdar artist Fatma Mahmudova, aparıcı Zümrüd Qasımova, Fuad Musayev, aparıcı Lalə Mustafayeva, aktyor Məcid Hüseynov mübarizəni davam etdirir.