Siyasi şərhçilərin "qaquliklər" dediyi yeni kadrların çoxu xalqın problemlərini hiss edə bilmirlər-Bəxtiyar Hacıyev
04.08.2020

Problemlərimiz həm də bilirsiniz niyə artır? Rəsmilərin "peşəkar islahatçı menecerlər", siyasi şərhçilərin "qaquliklər" dediyi yeni kadrların çoxu xalqı, xalqın problemlərini sadəcə duya, hiss edə bilmirlər.

Çoxu həyatları boyu zərrə qədər çətinlik görməyib, "filan meyvənin kilosu 6-7 manat olub" deyirsən, durub baxır ki, nə olsun? Anlamırlar ki, uşağı o meyvədən istəyəndə ala bilməyən ata nə hisslər keçirir. Çoxunun evi Port Baku Residencedə, iş yeri Port Bakuda, fitnessə də ora gedir, elə bilir bütün

Azərbaycan oradakı kimi yaşayır.

Onların insanların aylarla işsiz qalanların, günəmuzd işləyən adamların evdə işləmədən otura bilməməklərinin, həftəsonu avtobusları dayandıranda taksi ilə işə gedə bilməyənlərin, çörək, yağ, qəndi belə nisyə dəftərinə ad yazdıraraq alan adamların dərdlərini anlamasını gözləmək olmaz. "Filankəsin evində çörək, çay yoxdur" deyirsən, "çörək ziyandır, səxərlər krousan ilə latte içsin, myən də fitneslə məşqul olandan sonra elyə edyirəm" deyirlər.

Xalqı duya bilməyən adamlardan xalqın problemlərini həll etməyi gözləmək olmaz, qısacası. Ona görə də gündən-günə vəziyyət gərginləşir.

Visiontv.az