Siyasətçi çox dil bilməlidi-ilk növbədə kütlənin dilini-professor Səlahəddin Xəlil
Siyasətçi çox dil bilməlidi-ilk növbədə kütlənin dilini-professor Səlahəddin Xəlil
10.08.2020 Səlahəddin Xəlilov Tərəfindən

Birinci dərs: Quyuya daş metodu.

- Bir dəli quyuya bir daş atdı...

- Hə-ə... Kütlə şüuru küt olur.

- Nə əlaqəsi?

- Quyu dediyin elə elin ağzıdı. El ağzı - çuval ağzı.

- Yenə əlaqə görmədim.

- Burda el - kütlə mənasındadır. Dəli də - ağlına deyil, ağzına gələni danışan mənasında. Bura gümanla danışanlar, dedi-qodu sevənlər də aid edilə bilər.

Amma indi quyuya daşlar sadəcə gümanla deyil, qəsdlə də atılır. Və kütlə qəsdlə atılan daşları dəlinin atdıqlarından seçə bilmir... Bildiyini zənn edir və bildiyini babasına vermir. Daşları quyuda da qoymur, - yığır ətəyinə. İndi gəl, daşı ətəyindən tök.

Visiontv.az