“Sıxlığı aradan qaldırmaq mümkün olmasa, metro yenidən bağlana bilər”
08.05.2020

"Metro stansiyalarında sıxlığın aradan qaldırılması üçün bütün tədbirlər görüləcək".

Visiontv.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov deyib. Onun sözlərinə görə, bununla bağlı stansiyalarda sərnişinlərə nəzarət ediləcək:

"Əgər sıxlığı aradan qaldırmaq mümkün olmasa, metro yenidən bağlana da bilər. Bu istisna deyil. Amma biz çalışacağıq ki, sıxlığın aradan qaldırılması üçün bütün üsullardan istifadə edək".