Şimali Koreya Trampın dediklərini təkzib etdi
20.04.2020

Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Indan “gözəl bir məktub” alması barədə söylədiklərinin əsassız olduğunu açıqlayıb.

Visiontv.az “Haber Global”a istinadən xəbər verir ki, Şimali Koreya XİN-dən Trampa elə bir məktub göndərilmədiyi bildirilib:

“ABŞ Prezidentinin əsassız bir məlumatı niyə mediaya açıqladığını araşdırırıq. İki ölkə arasındakı münasibətlər “eqoist məqsədlərlə” istifadə edilməməlidir”.

Qeyd edək ki, Tramp bir neçə gün öncəki açıqlamasında Kim Çen Indan bir məktub aldığını və onun koronavirusla mübarizədə əməkdaşlıq təklif etdiyini söyləmişdi.